AZ

Avropa çempionatı: Azərbaycan basketbol millisi Albaniyanı məğlub edib

Avropa çempionatı: Azərbaycan basketbol millisi Albaniyanı məğlub edib

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatında ilk oyununa çıxıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, yığma Priştinada keçirilən C divizionunun B qrupunda Albaniya seçməsi ilə üz-üzə gəlib. Görüş milli komandanın 72:53 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (21 xal, 4 ribaund) olub.

Azərbaycan yığması qrupdakı növbəti matçını iyulun 24-də Bakı vaxtı ilə saat 19:00-da Gürcüstana qarşı keçirəcək.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
40
9
ilk.az

10phrase_var_article.sources