AZ

Oğuzun yeni icra başçısı görüşlər keçirdi - FOTOLAR

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Ədul-Qədirov bir qrup rayon ağsaqqalları və ziyalıları ilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Ədul-Qədirov tədbiri giriş sözü ilə açaraq rayonun ictimai-siyasi həyatında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində ağsaqqalların və ziyalıların fəal rolundan bəhs edib. C.Ədul-Qədirov Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından söz açıb.

Oğuz rayon Ağsaqallar şurasının sədri Ehtibar Yusubov çıxış edərək ağsaqqallıq missiyasını hər bir ağsaqqal üçün həm şərəf, həm ağır bir mənəvi yük, həm də dövlət və cəmiyyət qarşısında məsuliyyətli bir iş olduğunu qeyd etmişdir.
Bir qrup rayon ziyalısı və ağsaqqları çıxış edərək əhalinin rifah halının yaxşılaşdırılmasına daim diqqət göstərən Prezident İlham Əliyevə Oğuzlular adından minnətdarlıqlarını ifadə edib, dövlət başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstəklərini bildiriblər.

Görüş rayonda görülmüş və görülməsi nəzərdə tutulan işlər barədə müzakirələrlə davam edib.

Həmçinin, Oğuz rayon İcra hakimiyyəti başçısı tərəfindən Baş Daşağıl kəndində vətəndaşların səyyar qəbulu keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
50
unikal.az

10Mənbələr