AZ

Gürcüstan ABŞ-la münasibətləri bərpa etməyi təklif edib

Gürcüstan ABŞ-a münasibətlərin yenidən başlamasını təklif edir ki, bu da hər iki ölkənin maraqlarına eyni dərəcədə cavab verir. İnterpress.az xəbər verir ki, bunu baş nazir və hakim "Gürcü arzusu" partiyasının sədri İrakli Kobaxidze mətbuat konfransında deyib.

"Biz amerikalı tərəfdaşlarımıza fərqli bir gündəm təklif etmək istəyirik", - o bildirib. 
 
Onun sözlərinə görə, son üç-dörd il ərzində Tbilisi ilə Vaşinqton arasında münasibətlərdə çox şey "səhv olub” və buna görə də sıfırlamaya ehtiyac var.

Gürcüstanın baş naziri qeyd edib ki, Tbilisi ilə Vaşinqton arasında münasibətləri bərpa etmək üçün ilk növbədə ədalətli olmaq lazımdır. Onun sözlərinə görə, Gürcüstan bunun üçün bütün mümkün addımları atacaq, əsas odur ki, ABŞ hökumətinin atdığı addımları görsün.

 
Gülnar 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
37
anews.az

10Mənbələr