AZ

Rövzət Qasımov: "Bəzi şəxslər seçki qurumunun humanizmindən sui-istifadə edirlər"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bəzi şəxslər seçki qurumunun humanizmindən sui-istifadə edirlər".
"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında 94 saylı Ucar seçki dairəsindən namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Elton Arzuman oğlu Məmmədovun saxta sənədlər təqdim etməsi ilə bağlı şikayətə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hansısa şəxs insanları təmsil etmək istəyirsə, seçicilərlə səmimi olmalıdır:
"Dairə seçki komissiyaları bu cür məsələlərə diqqətlə yanaşmalıdır. Biz həmişə dairə seçki komissiyalarının namizədlərin xeyrinə, humanist addım atmasını istəyirik. Lakin görünür, bəzi şəxslər bu humanizmdən sui-istifadə edirlər. Belə hallara yol vermək olmaz".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
50
oxu.az

10Mənbələr