AZ

Samir Abasov: “Sabah bizi ağır oyun gözləyir”

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Macarıstan klubu “Fehervar”la qarşılaşacaq “Sumqayıt”ın baş məşqçisi Samir Abasov açıqlama verib. UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Macarıstan klubu “Fehervar”la qarşılaşacaq “Sumqayıt”ın baş məşqçisi Samir Abasov açıqlama verib. Matc.az xəbər verir ki, mütəxəssis oyun öncəsi mətbuat konfransında fikirlərini bildirib: “Sabah bizi ağır oyun gözləyir. Öz meydançamızda oynayırıq. Ajiotaj gözləyirəm. İnanıram ki, azarkeşlər tribunaları dolduracaq. İnşallah sabah ümidləri doğrultmaq üçün meydançaya çıxacağıq. Baxmayaraq ki, ilk oyundur. İnanıram ki, bizi maraqlı oyun gözləyir”. Qeyd edək ki, “Sumqayıt” – “Fehervar” görüşü iyulun 25-də saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Bu komandalar arasında cavab qarşılaşması isə iyulun 31-də Macarıstanda baş tutacaq.    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
8
matc.az

10Mənbələr