AZ

"Bizi ağır oyun gözləyir" - Samir Abasov

"Sabah bizi ağır oyun gözləyir".

Prosport.Az xəbər verir ki, bunu UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Macarıstan klubu "Fehervar"la qarşılaşacaq "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.

Mütəxəssis oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib:

"Öz meydançamızda oynayırıq. Ajiotaj gözləyirəm. İnanıram ki, azarkeşlər tribunaları dolduracaqlar. İnşallah, sabah ümidləri doğrultmaq üçün meydançaya çıxacağıq. Baxmayaraq ki, ilk oyundur. İnanıram ki, bizi maraqlı matç gözləyir".

Qeyd edək ki, "Sumqayıt" - "Fehervar" görüşü iyulun 25-də saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Bu komandalar arasında cavab qarşılaşması isə iyulun 31-də Macarıstanda baş tutacaq.

Seçilən
178
8
prosport.az

10Mənbələr