AZ

"Neftçi"nin son rəqibi bu klub olacaq

Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışı keçən “Neftçi”nin yoxlama oyununda son rəqibi məlum olub.

"Unikal" xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidmətindən məlumat verilib.

Roman Qriqorçukun komandası Səudiyyə Ərəbistanı Pro Liqası təmsilçisi “Əl-Oruba”ya qarşılaşacaq. Oyun bu gün “Palandöken Yüksek İrtifa Camp Facilities”də saat 18:00-da start götürəcək.

"Neftçi" Türkiyədə son məşqini keçib. Komanda yoxlama oyunundan sonra Bakıya dönəcək.

Qeyd edək ki, “ağ-qaralar” hazırlıq çərçivəsində “Alanyaspor” (3:1), “Sivasspor”a (2:1) və “Erzurumspor” (0:0) klubları ilə qüvvəsini sınayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
50
unikal.az

10Mənbələr