AZ

“Berkshire Hathaway” daha 800 mln. dollarlıq “Bank of America” səhmlərini satıb

Amerikalı milyarder Uorren Baffetin investisiya şirkəti “Berkshire Hathaway”, “Bank of America Corp”un kotirovkalarının yüksəlişindən əldə etdiyi gəlirləri rekord həddə çatdırıb. İlin əvvəlindən bu yana şirkət 800 milyon dollar dəyərində bank səhmlərini satıb.

Şirkətin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi sənədlərə əsasən, ümumilikdə 19 milyon səhm satılıb.

Ötən həftə “Berkshire” “Bank of America”dakı payını daha 34 milyon səhm və ya 1.5 milyard dollar azaldıb.

“Berkshire” hazırda “Bank of America”nın təxminən 980 milyon səhminə sahibdir, paketin ümumi dəyəri təxminən 41 milyard dollardır.

Uorren Baffetin şirkəti 12.6% payla “Bank of America”nın ən böyük səhmdarıdır. Bu ilin əvvəlindən bankın səhmləri 25.3% bahalaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
106
50
banker.az

10phrase_var_article.sources