AZ

Bankların sayının azalması bu sektorda rəqabət mühiti üçün yaxşı heç nə vəd etmir

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Naxçıvanbank” ASC-nin müraciəti əsasında onun lisenziyası ləğv edilib, bankın bazasında yaradılmış “E-Kredit” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.

Viral.az-ın məlumatına görə, məsələ ilə bağlı açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov hesab edir ki, əslində, bu, maraqlı məqamdır:

“BOKT-ların bank olmaq arzusu ilə çarpışdığı bir dünyada “Naxçıvanbank”ın səhmdarları niyə BOKT olmağı arzulayıb? Ümumiyyətlə, bankların sayının azalması bank sektorunda rəqabət mühiti üçün yaxşı heç nə vəd etmir. Düzdür, son bir neçə ildə bağlanan bankların maliyyə vəziyyəti elə idi ki, onsuz da bu bankların rəqabət mühiti üçün bir faydası yox idi. Amma yenə də hər hansı bankın bağlanması bu sektor üçün uğur deyil”.

Ekspert qeyd edib ki, insan ayağında problemli (xəstə) barmaq olanda o insanın rahat yeriməsinə mane olur.

“Bu xəstə barmaqdan xilas olmaq üçün onu amputasiya etmək olar. Amma bu, ən yaxşı yol deyil. Çünki hər xəstə barmaq amputaiya olunarsa, bir gün insan 2-3 barmağın umuduna qalar və yerimək qabiliyyətini itirər. Ona görə də yaxşı olardı ki, maksimum dərəcədə problemli barmaqlar müalicə olunsun. Axı müalicənin yüz üsulu var, amputasiyanın isə bir”, – deyə E.Əmirov vurğulayıb.

(redaktor.az)

a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
49
viral.az

10Mənbələr