AZ

Olimpiya qalmaqalı: Bir yaşlı körpələr üçün "böyük" biletləri narazılıq yaratdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Britaniyalı idmançılar Paris Olimpiya Oyunlarında uşaq biletlərinin qiymətini tənqid ediblər. Belə ki, körpələr üçün də biletin qiyməti yetkin insan üçün nəzərdə tutulduğu qədərdir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The Sun"da dərc olunan məqalədə bildirilib.
Nəşrdə Böyük Britaniyanın velosiped idmanı üzrə yığma komanda üzvü Daniel Bigemin şərhinə də yer verilib. O, bir yaşlı uşağı üçün bilet almağı məntiqsiz hesab etdiyini deyib.
"Rəsmi şəkildə o yer tutur, halbuki bir yaşında uşaq həmin oturacaqda otura bilməyəcək. Bu vəziyyət qıcıqlandırıcıdır. Əlbəttə, uşaq yarışları xatırlamayacaq, amma orada olması mənim üçün xoş olar", - deyə Bigem əlavə edib.
Böyük Britaniyanın avarçəkmə üzrə yığma komandasının üzvü Matilda Hodgkins-Birn isə idmançılara hər çıxış günü üçün yalnız iki bilet verilməsini düzgün hesab etmədiyini bildirib. Ümumiyyətlə o, niyə bunun üçün ödəniş etməli olduqlarını başa düşmədiyini deyib.
"Oğlumun yaşını nəzərə alaraq əvvəllər heç vaxt avarçəkməyə baxmağa görə onun üçün bilet ödəməmişəm. Bilirik ki, oyunlardakı səs-küy səbəbindən o mənim yarışdığım ərəfədə gələcək və sonra dərhal gedəcək. Amma biz yenə də bunun üçün pul ödəməli olacağıq. Əgər orada oturmayacaq və yarışlardan zövq almayacaq körpələr üçün ödəməli olsaq, bu o deməkdir ki, valideynlərimiz gedə bilməyəcəklər, bu bir az incidicidir. Amma oğlum olmadığı halda da narahat olacağam və kədərlənəcəyəm", - deyə idmançı qeyd edib.
Qeyd edək ki, Paris Olimpiya Oyunlarının açılış mərasimi 26 iyulda keçiriləcək. Fransa paytaxtındakı yarışlar 11 avqustda başa çatacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
50
oxu.az

10Mənbələr