Bakı, TurkicWorld
2024-cü ilin yanvar-iyun ayında Türkiyədə Pakistan kapitalı ilə 27 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 35 şirkət azdır.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Pakistan şirkətlərinin məcmu kapitalı 21 milyon 400 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 26 milyon 40 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-iyun ayında Pakistan şirkətlərinin əksəriyyəti İstanbulda (25) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Pakistan şirkətlərinin ümumi kapitalı 20 milyon 300 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-iyun ayında Türkiyədə Pakistan kapitalı ilə 17 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.