AZ

Kipr Xarici İşlər Nazirliyi Aİ Şurasının Ermənistanla bağlı qərarlarını mühüm addım adlandırıb

Kipr Xarici İşlər Nazirliyi Aİ Şurasının Ermənistana Avropa Sülh Fondundan yardım ayırması və Ermənistanla viza rejiminin asanlaşdırılması məsələlərində dialoqa başlamaq barədə qərarlarını alqışlayıb.

BiG.AZ xəbər verir ki, bu barədə Kipr XİN "X" hesabında yazıb.

"Ermənistana yardım göstərmək və viza rejiminin asanlaşdırılması üzrə dialoqa başlamaq qərarları Aİ-Ermənistan əlaqələrində irəliyə doğru mühüm addımlardır.Kipr Aİ tərəfdaşları ilə Ermənistanla daha sıx münasibətlərə, regional sülh və sabitliyə dəstək istiqamətində işləməyə davam edəcək", - deyə bildirilib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
22
big.az

10Mənbələr