AZ

Bu ölkədən Azərbaycana viza tələbi

Cənubi Afrika ölkəsi Namibiya ölkəsi Azərbaycan, ABŞ, Böyük Britaniya və Avropa İttifaqı (Aİ) ölkələri də daxil olmaqla 33 ölkənin vətəndaşları üçün viza tələbləri tətbiq edib.

"Cebheinfo.az" xəbər verir ki, Namibiyanın daxili işlər nazirinin müavini Lucia Vitbooi mətbuata verdiyi açıqlamada ABŞ, Almaniya, İngiltərə, Fransa, İtaliya, Kanada, Avstriya, İrlandiya, Avstraliya, Yaponiya, Niderland, Braziliya və Azərbaycan daxil olmaqla 33 ölkənin vətəndaşları üçün viza tələbi tətbiq etdiyini deyib.

Vitbooi viza tələbinin 1 aprel 2025-ci il tarixindən etibarən həyata keçiriləcəyini bildirib.

Bu ölkələrin hamısının hazırda Namibiya vətəndaşlarına viza tətbiq etdiyini qeyd edən Vitbooi "Namibiyanın 33 ildir viza liberallaşdırması verdiyi bir çox ölkə hələ də yaxşı niyyətimizə cavab vermədi. Yaxşı niyyətimizin niyə görməzlikdən gəldkləri bilinmir",- deyib.

Ölkə mətbuatında yer alan xəbərə görə, ölkənin ən mühüm gəlir mənbələrindən birini təşkil edən turizm sektorunun nümayəndələri hökumətin bu qərarına mənfi reaksiya veriblər.

Namib səhrası və Etoşa Milli Parkı kimi təbii gözəllikləri ilə seçilən Namibiyaya ən çox Qərb ölkələrindən turistlər gəlir.

Digər tərəfdən, yeni tənzimləmə ilə viza müraciəti rüsumu Namibiya dollarının cari məzənnəsi ilə 65 dollardan 86 dollara yüksəldilib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
50
cebheinfo.az

10Mənbələr