AZ

Ukraynalı qadın deputatı qətlə yetirən gənclə bağlı yeni faktlar: Növbəti qurbanı kim olacaqdı?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İrina Farionun öldürüldüyü yerdə döyüş yox, idman patronu tapıblar. İndi güllənin haradan alındığını axtarırlar".
Oxu.Az-ın UNIAN "Telegram" kanalına istinadən xəbərinə görə, bu sözləri Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko ukraynalı deputat İrina Farionun qətli ilə bağlı danışarkən deyib.
O, əlavə edib ki, şübhəlinin axtarışı zamanı hüquq-mühafizə orqanları 900 şahidi dindirib və 1.8 milyondan çox fotoşəkil toplayıb. Görünüşünə görə şübhəli şəxsə bənzəyən 80 nəfər olub.
Məlumata görə, Farionu qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan 18 yaşlı gənc üçün həbs qətimkan tədbiri seçilməsi zamanı prokurorlar onun zaminə buraxılmadan həbsdə saxlanılmasını istəyəcəklər.
UNIAN "Telegram" İrina Farionun qətlində şübhəli bilinən şəxsin saxlanılmasının videogörüntülərini də paylaşıb.
Daxili İşlər Nazirliyinin xəbərinə görə, gənc Lvova gəldikdən sonra poçt şöbəsindən növbəti günlərdə geyinəcəyi əşyaları götürüb. İstintaq məlumatlarına görə, 18 yaşlı oğlan Dneprdən özünə kamuflyaj paltarı göndərib: eynək, saxta saqqal və panama. O, 9 iyul, 14 iyul və 19 iyul tarixlərində "Booking" xidmətindən istifadə edərək mənzil kirayələyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, təqsirləndirilən şəxs Farion binanın girişində taksi gözləyərkən ona iki metrdən çox olmayan məsafədən atəş açıb. Cinayəti törətdikdən sonra şübhəli şəxs qaçıb, iki gün sonra isə qatarla Dneprə gedib.
Qeyd edilib ki, şübhəlinin saxlanılması zamanı onun anası evdə olub və oğlunun tutulmasının şahidi olub. Gənc, eyni zamanda, uğursuzluq baş verəcəyi halda, vida məktubu da hazırlayıb. Həmçinin onun telefonundakı axtarışlar zamanı başqa insanlar haqqında da məlumat axtardığı məlum olub ki, bununla da növbəti qətlləri də planlaşdırdığı ehtimal edilir.
İqor Klimenko qeyd edib ki, saxlanılan gəncin növbəti qurbanı Ukrayna deputatı Maksim Bujanski olmalı idi. Onun sözlərinə görə, şübhəlinin başqa "məqsədləri" də olub, lakin adları çəkməkdən imtina edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
50
oxu.az

10Mənbələr