AZ

Bakıda 49 yaşlı kişi xanım sürücünün maşınından oğurluq etdi – ANBAAN VİDEO

Bakının Binəqədi rayonu ərazisində avtomobildən oğurluq olub.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polisə müraciət edən qadın sürücü “KIA” markalı avtomobilindən 1670 manat, 3000 dollar, 2 ədəd mobil telefon və kosmetik vasitələr olan çantanın oğurlandığını bildirib. Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 49 yaşlı Zakir Əliyev müəyyən olunaraq saxlanılıb. Onun avtomobildən etdiyi oğurluq müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Faktla bağlı araşdırma aparılır.
 


Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
50
bizim.media

10Mənbələr