AZ

Rusiya FTX Dağıstanda terror aktlarının qarşısını alıb

Rusiya Federasiyası FTX-nin əməkdaşları Daxili İşlər Nazirliyi ilə birlikdə Dağıstanda Kaspiysk şəhərinin üç sakini tərəfindən planlaşdırılan silsilə terror aktlarının qarşısını alıblar.

Day.Az rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə kəşfiyyat xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

"Kaspiysk şəhərində keçirilən əməliyyat tədbirləri nəticəsində təxribat və terror törətmək niyyətində olan 3 yerli sakin müəyyən edilərək həbs ediliblər.

Onlar tərəfindən hüquq-mühafizə orqanlarına, eləcə də pravoslav kilsəsinə qarşı tədbirlər planlaşdırılıb", - məlumatda qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
18
day.az

10Mənbələr