AZ

Rusiya FTX Dağıstanda terror aktlarının qarşısını alıb

Rusiya Federasiyası FTX-nin əməkdaşları Daxili İşlər Nazirliyi ilə birlikdə Dağıstanda Kaspiysk şəhərinin üç sakini tərəfindən planlaşdırılan silsilə terror aktlarının qarşısını alıblar.

Bu barədə kəşfiyyat xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

“Kaspiysk şəhərində keçirilən əməliyyat tədbirləri nəticəsində təxribat və terror törətmək niyyətində olan 3 yerli sakin müəyyən edilərək həbs ediliblər.

Onlar tərəfindən hüquq-mühafizə orqanlarına, eləcə də pravoslav kilsəsinə qarşı tədbirlər planlaşdırılıb”, – məlumatda qeyd edilib(trend).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
18
azpost.info

10Mənbələr