AZ

Tom Kruz Fransanın "Fəxri Legion" ordeni ilə təltif edilib

Tom Kruza Fransada "Fəxri Legion" ordeninin cəngavər rütbəsi verilib.

Oxu.Az "Deadline"a istinadən xəbər verir ki, mükafatı aktyora ölkənin mədəniyyət naziri Raşida Dati təqdim edib.

Kruz Parisi mükəmməl nümayiş etdirdiyi "Mümkünsüz missiya. Ölümcül haqq hesab. Hissə 2" filminin çəkilişinə görə ordenə layiq görülüb.

Qeyd edək ki, "Fəxri Legion" ordeni Fransanın ən nüfuzlu dövlət mükafatlarından biridir. Keçmişdə ona başqa kino xadimləri də layiq görülüb: Robert Redford, Martin Skorseze, Klint İstvud və başqaları.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
49
big.az

10Mənbələr