AZ

Böyük Britaniyada təyyarə qəzaya uğrayıb: Ölənlər var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Böyük Britaniyanın şimalında kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Yorkşir qraflığının polisi məlumat verib.
Məlumata əsasən, pilot və sərnişin kənd ərazisində təyyarənin yerə çırpılması nəticəsində həlak olublar.
"İkiyerli, kiçik mühərrikli təyyarə qəzaya uğrayaraq tarlaya düşüb. Təəssüf ki, təyyarədə olan 20-30 yaşlarında iki kişi - pilot və sərnişin həlak olub", - polisin məlumatında bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
50
oxu.az

10Mənbələr