AZ

Çində güclü torpaq sürüşməsi baş verib: Ölənlər və yaralananlar var

Çinin mərkəzindəki Hunan əyalətində baş verən torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb, altı nəfər yaralanıb.

hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

"Yerli vaxtla saat 19:28-ə (Bakı vaxtı ilə 16:28) olan məlumata görə, ərazidə xilasetmə işləri başa çatıb, 21 nəfər dağıntılar altından tapılıb, 15 nəfər ölüb, daha altı nəfər yaralanıb", - məlumatda bildirilir.

Yerli vaxtla saat 08:18-də (Bakı vaxtı ilə 05:18) Çinin mərkəzindəki Yuelin kəndində (Hunan əyaləti) daşqın nəticəsində torpaq sürüşməsi baş verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
26
hakimiyyet.az

10Mənbələr