AZ

Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti biabırçılıq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti xoşagəlməz hadisə yaşanıb.
Oxu.Az Olympics.com-a istinadla xəbər verir ki, fransalılar təşkilatçılıqdakı nöqsanları ilə özlərini biabır etməkdə davam edirlər.
Cənubi Sudan və Puerto-Rikonun kişi basketbolçulardan ibarət yığmalarının matçı qalmaqalla başlayıb. Görüşdən öncə Afrika təmsilçisinin himni əvəzinə başqa melodiya səsləndirilib.
Bir müddət keçdikdən sonra təşkilat komitəsi səhvini düzəldib. Amma azarkeşlər baş verənlərə sərt narazılıq ediblər.
Olimpiadanın startından keçən qısa müddətdə üzr istəməyə adət edən təşkilat komitəsi yenə səhvinə münasibət bildirib. Qurumun kommunikasiyalar üzrə direktoru Enn Deskam üzr istəyib: "Əgər belə olubsa, biz üzr istəyirik".
Qeyd edək ki, bu matçda sudanlılar 90:79 hesablı qələbə qazanıblar.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
50
oxu.az

10Mənbələr