AZ

"Opel Astra" neçəyədir? - QİYMƏTLƏR

Bir dönəmin ən populyar avtomobillərindən biri də "Opel Astra" idi. 

Hit.az xəbər verir ki, sözügedən model adətən taksi kimi fəaliyyət göstərirdi.

Bəli, "Toyota Prius" avtomobillərindən əvvəl taksi kimi ən çox istifadə olunan modellərdən biri məhz "Opel Astra" idi. Buna səbəb sözügedən avtomobilin olduqca geniş və komfortlu olması idi. Üstəlik, kifayət qədər də yük götürmə imkanlarının olduğunu qeyd etmək lazımdır. 

"Toyota Prius" və digər avtomobillərin kütləvi şəkildə istifadə olunmasından sonra "Opel Astra" modellərinə maraq azaldı. Buna baxmayaraq, hələ də bu avtomobillərdən istifadə edənlərin sayı az deyil. Biz də bu dəfə hazırda satışda olan "Opel Astra" modellərini ilə maraqlandıq. 

Bazarda 2005, 2006, 2007, 2008, 2009 və 2010-cu il istehsalı olan "Opel Astra" modelləri çoxluq təşkil edir. Avtomobillərin çox olması qiymətləri də fərqli edir. Belə ki, bu avtomobillər ortalama 6500 manatdan 12 min manata qədər satın ala bilərsiniz. Vəziyyətinə uyğun olaraq daha ucuz və daha baha olanlarını da tapmaq mümkündür. Amma yaxşı vəziyyətdə olanları almaq üçün azı 10 min manatdan keçməlisiniz. 

Pərviz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
50
hit.az

10Mənbələr