AZ

Keişa Fatimə Zəhra Paris Yay Olimpiya oyunlarında mübarizəni dayandırıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.
Oxu.Az xəbər verir ki, idmançı qrup mərhələsindəki ikinci matçında Böyük Britaniya təmsilçisi Kirsti Qilmor ilə üz-üzə gəlib.
Rəqibinə uduzan təmsilçimiz yarışla vidalaşmalı olub - 0:2 (13:21, 11:21).
O, iyulun 27-də He Bin Çzyao (Çin) ilə dueldən də məğlub ayrılmışdı - 0:2. Qrupda yalnız birinci yeri tutan idmançı növbəti raunda adlayacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
46
oxu.az

10Mənbələr