AZ

Badmintonçumuz Yay Olimpiya Oyunlarında mübarizəni dayandırdı

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

"Unikal" xəbər verir ki, idmançımız qrup mərhələsindəki ikinci matçında Böyük Britaniya təmsilçisi Kirsti Qilmor ilə üz-üzə gəlib.

Böyük Britaniyalı idmançıya uduzan təmsilçimiz yarışla vidalaşmalı olub - 0:2 (13:21, 11:21).

O, iyulun 27-də He Bin Çzyao (Çin) ilə dueldən də məğlub ayrılmışdı - 0:2. Qrupda yalnız birinci yeri tutan idmançı növbəti raunda keçəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
50
unikal.az

10Mənbələr