AZ

Qəzzada ölənlərin sayı 39 min 363-ə yüksəlib

 

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 39 nəfər artaraq 39 min 363-ə çatıb.

Missiya.Az xəbər verir ki, bu barədə Qəzzada Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

İsrailin Qəzza zolağına 297 günlük hücumları ilə bağlı məlumat verilib. 

İsrail ordusunun son 24 saat ərzində həyata keçirdiyi hücumlarda 93 nəfərin yaralandığı bildirilib. 

Qeyd olunub ki, yaralıların sayı isə 90 min 923-ə yüksəlib.

Leyla SƏMƏNDƏRMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
7
missiya.az

10Mənbələr