AZ

ABŞ Ukraynaya 200 milyon dollarlıq yeni hərbi paket ayırıb

Birləşmiş Ştatlar Ukraynaya raket əleyhinə müdafiə vasitələri, HIMARS çoxillik raket sistemləri üçün sursat və artilleriyadan ibarət yeni silah paketi ayırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün onlayn brifinqdə bildirib.

Onun sözlərinə görə, həcmi 200 milyon dollara qədər olan növbəti yardım paketinə hava hücumundan müdafiə sistemləri üçün qurğular, HIMARS üçün döyüş sursatı, artilleriya mərmiləri və minaatan mərmiləri, Javelin üçün döyüş sursatları və digər hərbi sursatlar daxildir. 

Bundan əlavə, Kirbinin sözlərinə görə, Pentaqon Ukraynaya uzunmüddətli perspektivdə onun müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlmiş əlavə əhəmiyyətli təhlükəsizlik yardımı paketi təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
49
ucnoqta.az

10Mənbələr