AZ

"Apple"ın ilk neyron şəbəkəsi nə vaxt və kimlər üçün işləyəcək?

"Apple"ın "iPhone 16"nın sentyabrda buraxılmasına qədər "Apple Intelligence" üzərində işi bitirməyə vaxtı yoxdur. 

Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg"dən Mark Qurman yazıb. 

Mənbənin sözlərinə görə, süni intellekt xüsusiyyətləri təxminən oktyabr ayına təsadüf edən iOS 18.1-in buraxılışına yaxın başlayacaq.

Bildirilir ki, buraxılışın gecikməsinə səbəb süni intellektin sabitliyinə dair şübhələr olub - tərtibatçılara səhvləri düzəltmək və alqoritmin sabitliyini artırmaq üçün daha çox vaxt lazım olub. Beta testçiləri yaxın həftələrdə iOS 18.1 və iPadOS 18.1-in buraxılışdan əvvəlki versiyalarına giriş əldə edəcəklər.

Qurmanın sözlərinə görə, "Apple" mərhələlərlə öz süni intellektini təqdim etməyi planlaşdırır: iOS 18.1 ilə ingilisdilli istifadəçilər ən əsas funksiyaları əldə edəcəklər və "Siri" üçün əsas təkmilləşdirmə "ChatGPT" inteqrasiyası ilə birlikdə yalnız 2025-ci ilin yazında əlçatan olacaq.

Eyni zamanda, bu, "Apple Intelligence"in yeganə məhdudiyyəti olmayacaq. AI xüsusiyyətlərinə daxil olmaq üçün "iPhone 15 Pro" və ya daha yenisi tələb olunacaq. "Apple" bunu köhnə "iPhone"ların çox zəif olması ilə izah edib. Baxmayaraq ki, "Samsung" smartfonlarında süni intellekt funksiyaları bir qədər azaldılmış formada da olsa, hətta 2021-ci ilin flaqmanlarında da mövcuddur.

İyun ayında keçirilən WWDC təqdimatında "Apple" nümayəndələri bildiriblər ki, yeni neyron şəbəkə istifadəçilər üçün pulsuz olacaq. Lakin "Apple"ın uzunmüddətli planı "iCloud+"a bənzər abunəni işə salmaqdır, bunun üçün aylıq ödəniş etməli olacaqsınız. Gələcəkdə əməliyyat sisteminin bütün funksiyalarından tam istifadə etmək üçün hər kəs onu buraxmalı olacaq.

Paşa Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
50
valyuta.az

10Mənbələr