AZ

Bir həftə ərzində hansı qidadan nə qədər yemək lazımdır? – Həkim açıqladı

İnsan həftə ərzində ən çox süd məhsulları yeməlidir.

NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki, bunu “Sağlam və İdman Qidalanması” məsləhət və diaqnostika mərkəzinin rəhbəri, həkim Yekaterina Burlyayeva “aif.ru”ya bildirib.

O, bunun sümüklərin möhkəm olması üçün vacib olduğunu qeyd edib. Çünki süd məhsulları kalsiumun əsas mənbəyidir.

“Səhiyyə Nazirliyinin sağlam həyat tərzi ilə bağlı tövsiyələrinə əsasən, həftədə 7 kq süd məhsulları istehlak etmək tövsiyə olunur.

Eyni müddət ərzində insan hamısı birlikdə 2 kiloqramdan biraz az olmaq şərtilə makaron, çörək və dənli bitkilər; eyni miqdarda kartof; 1,5 kq ət; 800 qram tərəvəz və bostan məhsulları; 2 kq meyvə; yarım kilo balıq və dəniz məhsulları; 5-6 yumurta; yarım kilo şəkər və 0,25 litr günəbaxan yağı istehlak edə bilər”, – deyə həkim diqqətə çatdırıb.

Burlyayeva qeyd edib ki, insanlar çox vaxt şəkər və ət məhsullarını həddindən artıq yeyir, kifayət qədər süd məhsulları, yumurta, tərəvəz, kartof və meyvələr yeməyi isə unudurlar.

O, gündə 4-5 dəfə, təxminən hər 3 saatdan bir yemək yeməyi tövsiyə edib.

“Üç əsas yemək zülal və mürəkkəb karbohidratlardan (taxıl, makaron və tərəvəz) ibarət olmalıdır. İki qəlyanaltı isə meyvələrdən və fermentləşdirilmiş südlü içkilərdən hazırlana bilər. Boşqabdakı zülal qarnitürdən az olmalıdır”- deyə həkim nəzərə çatdırıb.

Onun fikrincə, idmanla fəal məşğul olmayan insanın əsas yeməyi orta hesabla 100 q zülal məhsulundan (ət, quş əti, balıq, kəsmik, yumurta və s.) və 200 q qarnitürdən ibarət olmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
50
nocomment.az

10Mənbələr