AZ

Bir yaşlı Əlinin dəstəyə ehtiyacı var: Atası vəfat edib, müalicə üçün pulları çatmır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bir yaşlı Əlinin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Lalə Seyidova məlumat verib.
O bildirib ki, övladı anadangəlmə böyrək problemindən əziyyət çəkir:
"Əli ötən ilin may ayında dünyaya gəlib. İlkin müayinələr zamanı onun böyrəyində problem olduğunu öyrəndik. Həkimlər Əlinin sidiyə getməsi ilə bağlı siqnallarının zəif olduğunu və sidiyə tam gedə bilmədiyini dedilər. Buna görə də mən Əlini hər gün kateter vasitəsilə sidiyə çıxarıram".
Gənc ana övladının müalicəsi üçün bir dəfə Türkiyəyə yollandıqlarını deyib:
"Biz Əlini müayinəyə aparmaq üçün bir dəfə Türkiyəyə yollandıq. Orda müxtəlif analizlər verdi və müayinələrdən keçdi. Həkimlər onun yaşının az olduğu üçün müalicənin onda daha tez fayda verəcəyini bildirdilər. Oradan gələn gündən bütün müalicələri vaxtlı-vaxtında etmişik. İndi yenidən Əlini Türkiyəyə aparmalıyıq. Oradakı müayinələr üçün bizim 3 000 manata yaxın xərcimiz çıxacağını deyiblər. Bu məbləğin yarısını toplaya bilsək də, 1 500 manatı hələ də toplaya bilməmişik. Əlinin atası bir neçə ay əvvəl avtomobil qəzasında vəfat edib. O gündən sonra, inanın, vəziyyətimiz daha da çətinləşib. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 436-86-59.
Beynəlxalq Bank: 5522 0993 6467 6924.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
30
oxu.az

10Mənbələr