AZ

Vaşinqton administrasiyası Gürcüstana qarşı yeni sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir

Vaşinqton administrasiyası Gürcüstana qarşı yeni sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir və ABŞ Tbilisinin yaxın aylarda kursunu dəyişəcəyinə ümid edir.

Bu barədə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn məlumat verib.

O deyib: “Biz bu sahədə mövcud imkanlarımızı fəal şəkildə nəzərdən keçiririk. Heç nə elan etməyəcəyəm, amma biz bunu araşdırırıq. Söhbət təkcə korrupsiyadan faydalananlardan deyil, həm də Qlobal Maqnitski İnsan Haqları Aktı ilə insan hüquqlarının pozulmasında iştirak edənlərdən gedir”.

“Bir il əvvəl gördük ki, yanlış yol seçilib, sonra hakim partiya öz kursunu dəyişib, çox böyük uğurlar əldə edib. Ümid edirəm ki, bu, növbəti aylarda təkrarlana bilər”, – deyə diplomat vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
88
50
banker.az

10phrase_var_article.sources