AZ

Əli Əsədov Məsud Pezeşkian ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tehrana işgüzar səfəri çərçivəsində iyulun 31-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətin­dən bildiriblər ki, Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və prezident səlahiyyətlərinin icrasına başla­ması münasibətilə təbriklərini Məsud Pe­zeşkiana çatdırıb.

Baş nazir cari ilin noyabrında Azərbay­canda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Prezident Məsud Pezeşkiana təqdim edib.

Görüş əsnasında Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq əlaqələri­nin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran əməkdaşlığın bütün istiqamətlər üzrə gələcək perspektivləri müzakirə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
49
xalqqazeti.az

10Mənbələr