AZ

Ağdaşda avtomobil ağaca çırpılıb: Ölən və xəsarət alanlar var

Ağdaşda avtomobil ağaca çırpılıb: Ölən və xəsarət alanlar var

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 1-də gecə saatlarında Ağdaş şəhəri ərazisində Valeh Xankişiyevin idarə etdiyi VAZ-2106 avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə nəqliyyat vasitəsindəki sərnişin, 2003-cü il təvəllüdlü Elton Müşviq oğlu Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb, xəsarət alan sürücü və digər üç sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Seçilən
104
50
sonxeber.az

10Mənbələr