Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a bildirilib ki, avqustun 1-də gecə saatlarında Ağdaş şəhəri ərazisində Valeh Xankişiyevin idarə etdiyi VAZ-2106 avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsindəki sərnişin, 2003-cü il təvəllüdlü Elton Müşviq oğlu Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb, xəsarət alan sürücü və digər üç sərnişin isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.