AZ

Azərbaycanda doktorantura ilə bağlı dəyişiklik edilib

“Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, “Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”na “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi üzrə” bölmə əlavə edilib.

Bununla artıq ADA Universitetində də Xarici İşlər Nazirliyi üzrə fəlsəfə doktoru istiqamətində doktorantlar yetişdiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
50
banker.az

10Mənbələr