AZ

Bakıda maşını təmir sexinin qabağından oğurladılar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İyulun 30-da axşam saatlarında Nəsimi rayonu ərazisində maşın təmiri sexinin qarşısından VAZ-2106 avtomobilinin qaçırılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş R.Hüseynov müəyyən olunaraq avtomobillə birgə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
37
oxu.az

10Mənbələr