1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Şimali Koreya lideri Kim Çen In Çin sərhədinə qayıqla səfər edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Mərkəzi Teleqraf Agentliyi görüntülər yayıb.
Bildirilir ki, KXDR rəhbəri regiondakı güclü daşqının vurduğu ziyanı şəxsən qiymətləndirmək istəyib.
Xatırladaq ki, rekord yağışlar Yalu (Yalutsyan) çayının daşmasına səbəb olub, nəticədə Sinuydju və Uidju rayonlarında təxminən 4000 ev su altında qalıb. Qeyd edək ki, Kim Çen In bərpa işlərinin gedişatını və əhaliyə yardımın göstərilməsini şəxsən nəzarətdə saxlamaq üçün artıq ikinci dəfədir zərər çəkmiş rayonlara səfər edir.