AZ

30 ildir yuxu üzü görməyən qadın – FOTO

Vyetnamlı qadın 30 ildir yatmadığını deyir.

Medicina.az “Oddity Central”a istinadən xəbər verir ki, o, sonuncu dəfə 30 il əvvəl yuxuya getdiyini iddia edir.

49 yaşlı Nquyen Nqok Mi Kim yuxusuzluğun onun həyatına və sağlamlığına heç bir təsiri olmadığını bildirir.

O, hələ uşaq ikən gecə gec saatlara qədər kitab oxuduğu üçün gec yatmağa öyrəşdiyini xatırlayır. Qadın bu vərdişi yetkinlik yaşına qədər davam etdirib və sonra dərzi kimi işləməyə başlayıb. Bu dəfə də sifarişləri vaxtında çatdırmaq üçün səhərə qədər oyaq qalmalı olub.

"Hər gecə tikiş maşınımın qarşısında oturardım və yatmağa cəsarət etməzdim, çünki sifarişləri çatdırmamaqdan qorxurdum", - deyə Mi Ki deyir.

O, bir anda yatmaq ehtiyacı hiss etməməyə başlayıb. Kimin 30 ildir yatmadığı xəbəri yerli sosial şəbəkələrdə onu populyarlaşıb. İndi ölkənin hər yerindən insanlar qadınla görüşmək üçün onun yanına gəlir və yuxusuzluğu ilə bağlı yayılan xəbərlərin doğru olub-olmadığını öyrənməyə çalışırlar.

Seçilən
167
2
olke.az

10Mənbələr