AZ

Qızardılmış yeməyin insan psixikasına təsiri

Qızardılmış yeməyin insanın psixi sağlamlığı üçün əsas təhlükəsi akrilamid maddəsindədir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı həkim-nutrisioloq və psixosomatika mütəxəssisi Marina Kosenkova "Pyatıy kanal"a müsahibəsində danışıb.

"Ərzaqları qızardarkən və sobada bişirərkən Mayyar reaksiyası baş verir - bu, şəkərin amin turşuları, peptidlər və zülallarla qarşılıqlı əlaqəsidir. Bu zaman Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi tərəfindən kanserogen hesab edilən akrilamid kimyəvi maddəsi əmələ gəlir", - deyə mütəxəssis izah edib.

Onun sözlərinə görə, akrilamid hormonal səviyyədə mədə-bağırsaq traktına mənfi təsir göstərir, həmçinin xərçəngin yaranmasına səbəb olur.

Həkim həddindən artıq qızardılmış qidaların hüceyrələrdə mutasiyaya və sinir impulslarının ötürülməsində problemlərə səbəb olan bir maddə ilə doyduğunu bildirib. Bu səbəbdən koordinasiya və yaddaş pisləşir və psixi pozğunluqlar, o cümlədən Altsheymer xəstəliyi riski artır.

"Bişirmə temperaturu nə qədər aşağı olarsa, ərzaqlarda çörəkləmə nə qədər az olarsa, yeməkdə daha az akrilamid əmələ gəlir", - deyə Kosenkova xəbərdar edib.

Akrilamid istehlakını azaltmaq üçün diyetoloq yemək bişirməyin qaynatma, soyutma kimi alternativ üsullarına keçməyi və ət, göyərti və meyvələri unutmadan balanslı bir şəkildə qidalanmağı tövsiyə edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
4
milli.az

10Mənbələr