AZ

Motosiklet su kanalına düşdü, sürücü xəsarət aldı

Biləsuvar sakini motosikletlə kanala düşüb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.

Belə ki, idarəetməni itirən sürücü motosikletni su kanalına aşırıb. Qəza nəticəsində 1987-ci il təvəllüdlü Məzahim Şükürov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Seçilən
163
16
unikal.az

10Mənbələr