AZ

Hidayət Heydərov: “Olimpiya çempionu olduğum üçün çox xoşbəxtəm”

“Cənab Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva ilk olaraq təbrik etdilər”.

Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medalını qazanan Hidayət Heydərov (73 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

“O qədər şokda idim ki, ürəkdən belə sevinə bilmədim. Cənab Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva ilk olaraq təbrik etdilər. Federasiyamıza təşəkkür edirəm ki, mənim üçün hər bir şəraiti yaratdılar. Yaşadıqlarım əvəzedilməz bir hiss idi. Olimpiya çempionu olduğum üçün çox xoşbəxtəm. Elnur Məmmədli mənimlə əl-ələ verib Avropa, dünya və sonda isə Olimpiya çempionu olmağıma şahidlik etdi. Bundan sonra qarşıdakı növbəti hədəfimiz 2028-ci ildə Los-Anceles Olimpiadasıdır. Buna kimi də bizi bir sıra çempionatlar gözləyir. Qısa bir fasilədən sonra yenidən arenalara qayıdacağam. İkinci dəfə Olimpiya çempionu olmaq istəyirəm”.

Qeyd edək ki, Hidayət Heydərov finalda fransalı Joan-Benjamin Qabaya qalib gələrək Olimpiya çempionu adını qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
2
medianews.az

10Mənbələr