AZ

Moldova azad seçkilərin keçirilməsinin mümkünsüzlüyünü elan edib

Respublikada hakimiyyət Avropayönlü “Hərəkət və Həmrəylik Partiyası”na (PAS) məxsus olduğu müddətcə Moldovada azad seçkilərin təşkili mümkün deyil.

Moldova müxalifətçisi İlan Şor bu barədə “Rossiya 24” telekanalında bildirib.

Belə ki, o, noyabrın 5-də ölkədə keçirilən yerli hakimiyyət orqanlarına seçkilərə münasibət bildirib. Siyasətçi qeyd edib ki, indiki hakimiyyət dövründə qanuni və demokratik səsvermənin keçirilməsindən danışmağa ehtiyac yoxdur.

“Nə etməli? Düşünürəm ki, müxalifət partiyaları ilə digər qüvvələr arasında məsləhətləşmələr aparılacaq və bu məsləhətləşmələrdə bundan sonra nə edəcəyinə dair qərar qəbul edilməlidir”, – deyə moldovalı siyasətçi bildirib.

Mənbə: Lenta.ru

Seçilən
244
50
Mənbələr
Şərh ()
Bağla