AZ

Netanyahu İrana xəbərdarlıq edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İsrail bütün cəbhələrdə İran və onun əlaltıları ilə qarşılaşmağa hazırdır".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
"İran və onun əlaltıları İsrailin boynunda terror ilgəyini sıxmağa çalışır. Biz uzaqda və yaxında bütün cəbhələrdə onlara qarşı durmaq əzmindəyik. Bizə hücum edən hər kəs əvəzini ağır ödəyəcək", - o qeyd edib.
Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant İsrail ordusunun komandanlığı və təhlükəsizlik xidmətlərinin rəhbərliyi ilə İrandan hücum olacağı təqdirdə mümkün hərəkətləri müzakirə etmək üçün görüş keçirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
262
27
oxu.az

10Mənbələr