AZ

Azərbaycanda uçuşa dair məlumatların mühafizə edilməsi qaydası təsdiqlənib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatlar üzrə qeydlərin, səs yazılarının, sənədlərin qorunub saxlanılması və kənar müdaxilədən mühafizə edilməsi Qaydası”nı təsdiqləyib.

Bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Qərara əsasən, hava gəmisinin istismarçısı onun uçuş məlumatının qeydiyyatını, uçuş heyətinin kabinəsinin səsyazmasını, uçuş görüntülərinin çəkilişini və məlumat bağlantısını qeydə alan qurğularla təchiz olunmasını təmin etməlidir.

Bundan başqa, aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın araşdırma zamanı qurğuları oxumaq üçün imkanları olmadığı halda aşağıdakılar nəzərə alınmaqla xarici dövlətlərin və beynəlxalq təşkilatların aidiyyəti qurumlarının yaratdığı imkanlardan istifadəsinə yol veriləcək:

– oxuma qurğusunun olması;

– oxunuşun vaxtında aparılması;

– oxuma qurğusunun olduğu yer.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
50
banker.az

10Mənbələr