AZ

Seçkilərlə əlaqədar qeydə alınan yerli müşahidəçilərin sayı açıqlanıb

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli müşahidəçilərin sayı açıqlanıb.

Day.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bugünkü iclasında bildirib.

"İndiyə qədər ümumilikdə 18 467 yerli müşahidəçi qeydə alınıb. Onlardan 5588 müşahidəçi MSK-da, 12879 DSK-larda qeydə alınıb", - o deyib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
21
day.az

10Mənbələr