1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Hollivud ulduzu Ancelina Colinin ağır qəzaya düşən oğlu Paksın reabilitasiyası uzun çəkəcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə "People" jurnalı xəbər yayıb.
Bildirilir ki, 18 yaşlı gənc artıq reanimasiya şöbəsindən çıxarılıb, lakin ona hələ də ciddi tibbi yardım göstərilir.
"Paks ağır xəsarət alıb. Hazırda onu uzun bərpa və fizioterapiya dövrü gözləyir", - deyə mənbədən vurğulanıb.
Qeyd edək ki, iyulun 29-da Paks Coli Los-Ancelesdə elektrik velosipedini idarə edərkən avtomobilə çırpılıb. Qəza zamanı onun başında dəbilqə olmayıb.
Şahidlərin sözlərinə görə, Paks budunda ağrıdan şikayət edib. Bundan əlavə, o, başından da xəsarət alıb.
Coli bütün bu müddət ərzində oğlunun yanında qalıb, Paksın qardaşları və bacıları isə mütəmadi olaraq onu ziyarət ediblər. Ancaq Bred Pitt bildirib ki, qəzadan sonra oğlu Paksla əlaqə saxlaya bilməyib. Onun sözlərinə görə, dəfələrlə uşaqlarına zəng edib, lakin onlar zənglərinə cavab vermirlər. Aktyor bədbəxt hadisəyə görə çox məyus olduğunu, özünü tamamilə aciz hiss etdiyini vurğulayıb.