Məşhur aktrisa Cennifer Lopez Ben Afflekdən ayrıldığı üçün qəzəblidir və özünü alçaldılmış sayır.
Azpost.info bildirir ki, bu barədə Page Six portalına mənbə bildirib.
Mənbənin sözlərinə görə, J.Lo özünü daha da alçalmış vəziyyətə salmamaq üçün hələ boşanma ərizəsi vermir.
“O, qəzəblidir. Ben onu alçaltdı. Onların yenidən birləşməsinin təşəbbüskarı məhz o idi”-deyə mənbə vurğulayıb.
Cennifer və Ben Lopezin 2021-ci ilin aprelində keçmiş nişanlısı Aleks Rodrigezdən ayrıldıqdan sonra 2021-ci ilin iyulunda münasibətlərini bərpa edib.
Cütlük 2022-ci ilin iyulunda Las-Veqasda gizli şəkildə evlənib.
“O, romantikdir” deyə mənbə qeyd edib ki, müğənni və aktrisa cütlüyün övladlarının da bu işə qarışmasından narazıdır.
JLo və Ben ümumiyyətlə ünsiyyəti dayandırıblar və bu, cütlüyün boşanma ilə bağlı razılığa gəlməsini daha da çətinləşdirib. Onlar hətta telefonla da danışmaqdan imtina edirlər.
Cütlük hüquqi yardımdan imtina ediblər. Bununla belə, razılığa gəldikdən sonra boşanma vəkilləri tutmağı planlaşdırırlar.