Metroda vətəndaşdan telefon oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
Bakı Metropolitenində Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə metronun "20 Yanvar" stansiyasında paytaxt sakininin 350 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər də oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 1995-ci il təvəllüdlü Güldanə Məmmədova saxlanılıb.
Sonxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırmalarla onun iyulun 18-də paytaxtın Nizami rayonu ərazisində 3500 manat dəyərində mobil telefon oğurlaması da müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.