AZ

"iPad" "Apple"ı maliyyə uğursuzluğundan xilas etdi

"Apple" 2024-cü ilin üçüncü rübü üçün maliyyə nəticələrində "Wall Street" gözləntilərini üstələyən artım olduğunu bildirib. Şirkətin ümumi gəliri 5% artıb. Lakin buna baxmayaraq, "iPhone "satışları illik müqayisədə 39,7 milyard dollardan 39,3 milyard dollara düşüb. 

Valyuta.az "TechCrunch"a istinadən xəbər verir ki, bu azalma əsasən satışların 15,8 milyard dollardan 14,7 milyard dollara qədər azaldığı Çin regionu ilə bağlıdır.

Eyni zamanda, "iPad" planşetlərinin satışı ötən illə müqayisədə 5,8 milyard dollardan 7,2 milyard dollara yüksələrək əhəmiyyətli artım nümayiş etdirib. Artım ilin əvvəlində güclü cihaz yeniləməsi ilə bağlı olub. "iPad"lərə güclü tələb azalan "iPhone" gəlirlərini kompensasiya etməyə kömək edib.

"iCloud”, “Apple TV+” və “Apple Music” daxil olmaqla xidmətlər də böyüməyə davam edir və ötən ilin eyni üç aylıq dövründə gəlir 21,2 milyard dollardan 24,2 milyard dollara yüksəlib. Xidmətlər "Apple"ın "iPhone"dan sonra ikinci ən gəlirli işi olub.

Şirkət həmçinin iyun ayında WWDC-də nümayiş etdirilən generativ süni intellekt strategiyası olan "Apple Intelligence"in inkişafına əhəmiyyətli investisiyalar yatırdığını açıqlayıb. Baş icraçı direktor Tim Kuk qeyd edib ki, şirkət bu texnologiyanın inkişafına xeyli miqdarda resurs yatırıb.

Paşa Məmmədli
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
50
valyuta.az

10Mənbələr