AZ

Abşeronda – külək, Aranda – isti, dağlarda – yağıntı və duman

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, avqustun 7-də Bakıda və  Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək.  Arabir güclənən şimal-qərb küləyi əsəcək.  Gecə 21-26°, gündüz 31-36° isti olacaq.  

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60  faiz  olacaq. Abşeron çimərliklərində gözlənilən dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27°, gündüz 33-38°, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacaq. 

Q.QASIMOV 
XQ

 

Seçilən
170
50
xalqqazeti.az

10Mənbələr