AZ

İsrailin Qəzzaya intensiv hücumları davam edir

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində ölənlərin sayı 39 677 nəfərə yüksəlib.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 306 gündür təşkil etdiyi hücumlarla bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun Qəzza zolağında sutka ərzində törətdiyi hücumlar nəticəsində daha 24 fələstinlinin həyatını itirdiyi, 110 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 39 677-ə, yaralıların sayının isə 91 645 nəfərə yüksəldiyi qeyd edilib.

Dağıntılar altında və yol kənarında hələ də minlərlə ölünün olduğu, ancaq İsrailin maneələri səbəbindən mülki müdafiə işçilərinin və tibbi qrupların cəsədlərin olduğu bölgəyə daxil ola bilmədiyi vurğulanıb. 



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
10
trt.net.tr

10Mənbələr